24.04.2025, 07:10
AZ EN
07.05.2024, 17:41 288

Laçında 7 milyon manatlıq yeni yarımstansiya tikiləcək

XƏBƏRLƏR

Laçının "Minkənd" yarımstansiyasının tikintisi və "Ağbulaq-SES"- "Minkənd" yarımstansiyaları arası 35 kV-luq iki dövrəli ÖİN (SİP-3) xəttinin çəkilməsi işləri
“Azərişıq” ASC açıq tender elan edir.

"Vətən səsi" xəbər verir ki, elanda Laçın rayonu, Minkənd yaşayış məntəqəsi ərazisində 35 kV-luq "Minkənd" yarımstansiyasının tikintisi və "Ağbulaq-SES"- "Minkənd" yarımstansiyaları arası 35 kV-luq iki dövrəli ÖİN (SİP-3) xəttinin çəkilməsi işləri nəzərdə tutulub. Müsabiqədə iştirak haqqı 1 500 manat təşkil edir.

Bildirilir ki, tenderdə iştirak etmək istəyən iddiaçı şirkətlər təkliflərini iyunun 20-dək "Azərişıq" ASC-nin Bakı şəhəri, Bakıxanov küçəsi-13 ünvanda yerləşən ofisinə təqdim etməlidir.

Xatırladaq ki, "Minkənd" yarımstansiyasının tikintisi və "Ağbulaq-SES"- "Minkənd" yarımstansiyaları arası 35 kV-luq iki dövrəli ÖİN (SİP-3) xəttinin çəkilməsi layihəsi üzrə tikinti-quraşdırma işlərinin ehtimal olunan qiymət 7 milyon manat civarında müəyyənləşdirilib.

Elxan SALAHOV

Oxşar xəbərlər