19.05.2024, 17:57
AZ EN
07.05.2024, 12:36 283

Türkiyədəki “Heydər Əliyev məktəbi” bu il ilk şagirdlərini qəbul edəcək

XƏBƏRLƏR
  • Qəhrəmanmaraşdakı Azərbaycan məhəlləsi mənzil, iş yerləri, təhsil və sosial obyektlər, mədəniyyət mərkəzi və yaşıl sahədən ibarət nəhəng müasir kompleks olaraq planlaşdırılıb. 32 hektar sahədə ümumilikdə 71 yaşayış binasının inşası nəzərdə tutulur. Bu binalarda 2, 3 və 4 otaqlı ümumilikdə 1300 mənzil olacaq. Eyni zamanda həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə 799 qeyri-yaşayış obyekti istifadəyə veriləcək. Azərbaycan hökumətinin layihədəki icraçı qurumu Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyidir.

Xatırladaq ki, Azərbaycan Televiziyasının çəkiliş qrupu fevral ayında Qəhrəmanmaraşda “Əsrin qardaşlıq layihəsi” kimi qiymətləndirilən Azərbaycan məhəlləsində tikinti işlərinin gedişi ilə tamaşaçıları tanış etmişdir.

Televiziyanın budəfəki səfəri isə ötən 3 ay ərzində tikinti işlərində hansı irəliləyişlərin əldə edildiyini göstərməkdir.

Qəhrəmanmaraş Bələdiyyə Məclisi sədrinin müavini, Mehmet Beşen:

- Gördüyünüz kimi, inşaatlarımız yüksək sürətlə davam edir. Burda binanın möhkəm təməl üzərində qurulması ilə  əlaqədar müəyyən problemlərimiz vardı. Belə ki, təmələ böyük bir əmək sərf edildi. Ora betonların tökülməsi ilə sağlam binaların, sağlam inşaatların yüksəlməsi işinə böyük əmək sərf edilirdi. Gördüyünüz kimi, artıq o problemlər həll olunub. Binaların tikintisi bitmək üzrədir. Zənn dirəm ki,  bir il ərzində buraların tamamilə hazır olduğunu görəcəyik.

Qeyd edək ki, Azərbaycan tərəfindən ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzi və yaşayış binalarının bir hissəsi tikilib. Ərazidəkli 11 və 12-ci kvartlların hər birndə 8 bina inşa edilir. 7 və 8-ci kvartallarında isə ümumilikdə 10 binanın inşası nəzərdə tutulub. Qısa zamanda həmin kvartallarda da tikinti işlərinə start veriləcək.

Azərbaycan məhəlləsində çalışan briqadalar böyük fədakarlıq nümayiş etidirirlər. Bölgədə bəzən müşahidə edilən əlverişsiz hava şəraiti də işlərin gedişatına mane ola bilmir. Məqsəd zəlzələ nəticəsində evsiz qalan insanların qısa müddət ərzində təhlükəsiz, möhkəm, keyfiyyətli evlərlə təmin edilməsidir.

Azərbaycan məhəlləsindəki 20 sinif otağından ibarət 300 şagird yerlik “Heydər Əliyev məktəbi”nin tikintisində xeyli irəliləyiş var.

Qəhrəmanmaraşdakı Azərbaycan məhəlləsi layihəsi çərçivəsində “Heydər Əliyev məktəbi”nin tikintisi ilə bağlı işlər sürətlə davam edir. Layihəyə əsasən,  məktəbin tikintisi ilə bağlı işlərin noyabr ayında başa çatdırılması nəzərdə tutulurdu. Lakin bütün səylər səfərbər edilib ki,  artıq üzümüzə gələn dərs ilində Ulu Öndərin adını daşıyan məktəb öz qapılarını ilk şagirdlərinin üzünə açsın.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR