"Vətən səsi" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Hesabatda qeyd olunur ki, maliyyələşdirilən 3 ən böyük layihələr Tərtər, Xocavand və Qubadlı rayonunun payına düşür. Belə ki, Tərtərin Çaylı və Xocavəndin Məmməddərə kəndlərində salınmış meyvə bağları üçün Aqrar Kredit və İnkişaf Agentliyin vəsaiti hesabına ümumi dəyəri 2,75 milyon manat olan 2 dəst damlama suvarma sistemlərinin alışının maliyyələşdirilməsi məqsədilə 1044,1 min manat məbləğində güzəşt verilib. Qubadlı rayonu Xanlıq kəndi ərazisində isə ümumi dəyəri 322,5 manat 14 dəst pivot suvarma sisteminin alışının maliyyələşdirilməsinə 999,2 min manat subsidiya ayrılıb.
Hesabatda qeyd olunur ki, ümumi dəyəri 525 min manat olan 15 ədəd kənd təsərrüfatı texnikasının alışının maliyyələşdirilməsi məqsədilə 86,1 min manat məbləğində kredit və 183,5 min manat güzəşt ayrılıb.
Elxan SALAHOV