"Vətən səsi" xəbər verir ki, tender 28 May Respublika Gününə, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə, 26 iyun Silahlı qüvvələr gününə həsr edilmiş konsert proqramının, "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə aksiyaların, "Kulinariya və turizm” adlı festivalın təşkili təşkili ilə bağlı işlərin satın alınmasını nəzərdə tutur. Həmçinin işğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturun qurulması ilə əlaqədar Zəngilan rayonuna səfərlərin təşkili və müəyyən edilmiş zonalarda ağacəkmək kampaniyasının keçirilməsi planlaşdırılıb. Yenidən qurulan Zəngilan şəhərində keçiriləcək tədbirlərin hər birində iştirak edəcək 100 nəfərlik heyətin Bakı-Zəngilan-Bakı marşrutu ilə səfəri təşkil olunacaq.
İddiaçı şirkətlər səfərlərin təşkili, qonaqların qarşılanması və onların gün ərzində üç dəfə qidalanması, habelə konsret proqramlarının keçiriləcəyi ərazidə çadır və monitorların qurulması ilə bağlı təkliflərini müvafiq sənədlərlə birlikdə mayın 14-dək Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Zəngilan şəhərindəki ofisinə təqdim etməlidir.
Elxan SALAHOV