Bu fikirləri müsahibəsində “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva deyib.
Z.Quliyeva bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 30 illik işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi: “Lakin unutmamalıyıq ki, şanlı Qələbə bizə asanlıqla başa gəlmədi. Şəhidlərimiz, qazilərimiz 44 səhifəlik Zəfər dastanına öz qanları, canları ilə adlarını həkk etdilər. Biz öz Qələbəmizi şəhidlərimizə, qazilərimizə borcluyuq. Bu Qələbəni bizə yaşadan qəhrəman oğullarımız heç zaman yaddan çıxmayacaq və onları daima ehtiramla xatırlayacağıq.
O, şəhid ailələrinin, qazilərin hər zaman dövlətimizin diqqətində olduqlarını vurğulayıb. (AZERTAC)