28.04.2025, 19:06
AZ EN
19.06.2023, 07:55 294

Laçın sakini: Doğma torpaqlara qayıdış bizim üçün böyük sevincdir

XƏBƏRLƏR
  • Doğma torpaqlara qayıdış bizim üçün böyük sevincdir.

Bunu Laçın şəhər sakini Quliyev Ədalət deyib.

Onun sözlərinə görə, bu qayıdışda həm sevinc hissi, həm də kədər hissi var.

"İlk növbədə Allahdan şəhidlərimizə rəhmət diləyirəm, torpaqlarımız onların qanı hesabına azad edilib. Allah dövlətimizi, hərbçilərimizi qorusun. Öz doğma torpaqlarımıza qayıtmaq bizim üçün böyük sevincdir", - deyə o qeyd edib.

Laçın sakini bildirib ki, təbii ki, kədərimiz də var, biz o vaxt oradan çıxanda tələbə idik. Əzizlərimizi, yaxınlarımızı itirdik. Amma bununla belə, yurdumuza qayıdışı böyük coşqu ilə qarşılayırıq.

Xatırladaq ki, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Laçına yola salınıb: daha 15 ailə - 48 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. (Trend)

Oxşar xəbərlər