22.11.2024, 10:00
AZ EN
15.03.2024, 15:17 281

ÜST azad olunmuş ərazilərdə psixoloji dəstək layihəsinə başlayıb

XƏBƏRLƏR
  • “Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə fəal töhfə verən, beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi Azərbaycan Respublikasının rolunu xüsusilə vurğulayır.

Bunu XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” adlı panel sessiyasında çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev deyib. Nazir bildirib ki, bunun bariz təsdiqi bu ilin noyabrında COP29-un Bakıda keçirilməsidir:

“2024-cü il Azərbaycanda “Yaşıl Dünya naminə Həmrəylik İli” elan edilib. Sağlamlığımız yaşadığımız mühitlə sıx bağlıdır. İqlim dəyişikliyi sağlamlığımıza, rifahımıza və təhlükəsizliyimizə əhəmiyyətli dərəcədə təsir göstərir".

Nazir çıxışı zamanı, həmçinin deyib ki, "Hər kəs üçün sağlamlıq” konsepsiyası Azərbaycanda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir:

"“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Azərbaycan Hökuməti işğaldan azad edilən ərazilərin təmir - bərpası istiqamətində misli görünməmiş yenidənqurma işləri aparır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə işğaldan azad edilən ərazilərə əhalinin sağlam inteqrasiyası üçün psixoloji dəstək layihəsinə başlayıb".

"Biz “Hər kəs üçün üçün sağlamlıq” adlı yeni dövrə qədəm qoyuruq. Bu da sağlamlıq üçün məsuliyyətli qərarların qəbulunda hər birimizin fəal iştirak etməsi deməkdir. “Hər kəs üçün sağlamlıq” anlayışı yalnız hökumətlərə ünvanlanan fundamental məsuliyyət kimi qəbul edilməməlidir. Vətəndaşlar sağlam həyat tərzi proqramlarında fəal iştirak etməyə və sağlamlıq üçün məsuliyyəti hökumətlərlə bölüşməyə təşviq edilməlidir", - deyə nazir çıxışı zamanı qeyd edib. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR