24.04.2025, 00:16
AZ EN
13.03.2024, 17:54 235

Dövlət Məşğulluq Agentliyi Laçın, Füzuli və Ağdamda peşə kursları təşkil edib

XƏBƏRLƏR
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir olaraq agentlik Laçın şəhərində qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, Füzuli şəhərində mebel ustası və Ağdam şəhərindəki “Ağdam Sənaye Parkı”nda genişprofilli dəzgahçı peşələri üzrə peşə hazırlığı kursları təşkil edib.

Qarabağ Peşə Hazırlığı Mərkəzi və işəgötürənlərlə birgə təşkil edilən kurslara Laçın, Füzuli və Ağdam rayonları üzrə 30 nəfər cəlb olunub.

Təlimlər xüsusi meyarlar üzrə qiymətləndirilmiş mütəxəssislər tərəfindən həyata keçirilir. Kursları uğurla başa vuran şəxslərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatına da dəstək göstəriləcək. (AZƏRTAC)

Oxşar xəbərlər