08.02.2026, 18:43
AZ EN
10.12.2025, 11:51 222

Bu gün Beynəlxalq İnsan Hüquqları Günüdür

XƏBƏRLƏR
  • 1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisi tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edilib. Bu tarixi hadisə insan hüquqlarının qorunması və təbliği sahəsində beynəlxalq əməkdaşlığın təməlini qoyub. 1950-ci ildən başlayaraq hər il dekabrın 10-da dünya ölkələrində Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunur.

Azərbaycan Respublikası BMT-nin tamhüquqlu üzvü kimi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulmuşdur. Bu, ölkənin insan hüquqlarına və fundamental azadlıqlara hörmət prinsiplərinə sadiqliyinin göstəricisidir.

Ölkəmizdə hüquqi dövlət quruculuğu prosesi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra sürətlə inkişaf etməyə başladı. Bu inkişafın zirvəsi 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası oldu.

Konstitusiyamız dövlətin əsas qanunu olaraq, insan və vətəndaş hüquq və azadlıqlarını ən ali dəyər elan edir və onların təminatını dövlətin ali məqsədi kimi müəyyən edir.

Mina RƏŞİD

Oxşar xəbərlər