22.09.2024, 00:04
AZ EN
26.02.2024, 14:30 178

Xırdalanda Qubadlı sakinlərinin qəbulu keçirilib

XƏBƏRLƏR
  • Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Abşeron rayonu, Abşeron rayonu Xırdalan dairəsi. H.Əliyev pr.31a-da yerləşən, Qubadlı şəhər-3 saylı tam orta məktəbdə keçirilib. Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.

Qəbulda sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olunub. Bəzi məsələlər üçün müvafiq izahatlar verilib. Sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər