09.06.2025, 11:14
AZ EN
05.05.2024, 10:42 282

Bu gün şəhid Elvin Qədirovun doğum günüdür

XƏBƏRLƏR
  • Elvin Azər oğlu Qədirov 2001-ci il mayın 5-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2007-2018-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb.

Elvin Qədirov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Qədirov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Sentyabrın 27-də, müharibənin iık günündə Ağdam döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan canını düşmən gülləsinə sipər edə Elvin Zaqatala rayonunun Yeni Suvagil kəndində böyük ehtiram və izdihamla dəfn edilib.

Elvin Azər oğlu Qədirov ölümündən sonra "Vətən uğrunda medalı ilə təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər