15.03.2025, 00:25
AZ EN
18.02.2025, 09:47 223

Bu gün şəhid Röyal Beydiyevin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün şəhid Röyal Nəsib oğlu Beydiyevin doğum günüdür. Röyal 18 fevral 2005–ci ildə Oğuz rayonunun Qarabulaq kəndində anadan olub. 2011- ci ildə Ə.Mahmudov adına Qarabulaq kənd tam orta məktəbinin I sinfinə daxil olub və 2021-ci ildə həmin məktəbin XI sinfini bitirib. 2023-cü ilin aprel ayında hərbi ximdətə yollanıb.

Röyal Beydiyev 19 sentyabr 2023- cü il tarixində Qarabağda lokal xarakterli antiterror əməliyyatlarında iştirak edib. O, 20 sentyabr 2023–cü ildə Vətən uğrunda mübarizədə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz 21 sentyabr 2023–cü ildə doğma Qarabulaq kənd qəbirstanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Röyal Nəsib oğlu Beydiyev ölümündən sonra "Vətən uğurunda" medalı və "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Şəhidimizin dünyaya göz açdığı Qarabulaq kəndində onun adına xatirə bulağı inşa edilib.

Röyal iki bacının bir qardaşı idi. Bu gün şəhidimizin nəinki ata-anası, doğmaları, bütün Vətən övladları Röyal kimi oğullarımızın müqəddəs adı və amalı ilə qürur duyurlar...

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Röyal balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR