22.11.2024, 15:13
AZ EN
11.10.2022, 17:10 527

Son sutkada 92 nəfər koronavirusa yoluxub

XƏBƏRLƏR
  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 92 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, test nəticələri müsbət çıxmış 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 822 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 821 nəfər müalicə olunaraq sağalıb, hazırda 526 aktiv xəstə var. Bu günə qədər 9 931 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 313, bu günə qədər isə ümumilikdə 7 277 812 test icra olunub.

Son gündə koronavirus əleyhinə vurulanvaksinin sayı isə 786 olub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 299, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 271, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 40 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 898 973 təşkil edir.

Oxşar xəbərlər