20.11.2025, 03:56
AZ EN
15.11.2025, 11:39 135

Laçın sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-2” yaşayış massivində fəaliyyət göstərən 29 nömrəli Laçın tam orta məktəbində həmin ərazidə məskunlaşmış laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu keçirilib. 

Rayon rəhbəri ilə görüş-səyyar qəbulda 64 nəfər laçınlı məcburi köçkün iştirak edib. Görüşdə çıxış edən rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, həmçinin Laçın rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Xüsusilə qeyd olunub  ki, 44 günlük Vətən Müharibəsindən keçən, qıssa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işləri, rayon saknlərinin ata-baba yurdlarına Böyük  Qayıdışın başlanması laçınlılar tərəfindən sevinc və minnətdarlıq hissi ilə qarşılanır.

Səyyar qəbulda rayon sakinləri tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınıb və icrası nəzarətə götürülüb.

Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər