Bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyinin icraçı direktoru İradə Polad deyib.
O bildirib ki, həm laçın sakini, həm bir qeyri-hökumət təşkilatı rəhbəri kimi seçkilərə dəstək olacaq: "Biz Laçında həmrəyliyimizi göstərəcəyik və öz namizədimizə səs verəcəyik. İnanıram ki, böyük qayıdış həyata keçirilən ərazilərdə seçkilər yüksək səviyyədə, insanlarımızın fəal iştirakı ilə baş tutacaq”.