Heydər Əliyev parkına toplaşan tədbir iştirakçıları müasir Azərbaycan dövlətçiliyinin xilaskarı və memarının abidəsi önünə gül dəstələri qoyublar.
Tədbirdə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, diplomatlar, müxtəlif struktur və təşkilatların əməkdaşları, iki qardaş ölkənin ictimaiyyətinin nümayəndələri, Heydər Əliyev adına məktəbin şagirdləri iştirak ediblər. (AZƏRTAC)