22.12.2024, 22:43
AZ EN
16.02.2024, 17:41 202

Bahar Muradova Horadizdə vətəndaşların müraciətlərini dinləyib

XƏBƏRLƏR
  • Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova fevralın 16-da Horadiz şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Komitədən bildirilib ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.

Horadiz şəhərindəki Muğam Mərkəzində keçirilən görüşdə Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan sakinlər iştirak ediblər.

Görüş zamanı ünvanlı sosial yardımın bərpa olunması, əlillik dərəcəsinin müəyyən edilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların ərizələrinə baxılıb.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınaraq, aidiyyəti şöbələrin icraatına yönləndirilib. (AZƏRTAC)

Oxşar xəbərlər