08.09.2024, 05:51
AZ EN
01.02.2024, 10:45 245

Laçın şəhərindən Zabux, Zerti və Qarıkaha kəndlərinə avtobus xətti açılır

XƏBƏRLƏR
  • Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi daha bir neçə istiqamət üzrə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır. Müntəzəm marşrutların fəaliyyət göstərəcəyi ərazilər arasında işğaldan azad olunmuş və bu il ərzində yüzlərlə ailənin köçürüldüyü Laçın rayonu da var.

"Vətən səsi" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilir ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində yaxın vaxtlarda Laçın şəhərindən rayonun Zabux, Zerti və Qarıkaha kəndləri istiqamətində marşrut xətləri fəaliyyətə başlayacaq.

Məlumatda görə, o da qeyd olunur ki, artıq hər üç istiqamət marşrut xətləri müsabiqəyə çıxarılıb. Hazırda həmin istiqamətlər üzrə ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi istiqamətində işlər görülür.

Xatırladaq ki, indiyə qədər tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq, Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları təşkil edilib.

Elxan SALAHOV

Oxşar xəbərlər