Bunu Laçın şəhərinə qayıdan Şəfəq Məmmədova söyləyib.
“Bu günü səbirsizliklə gözləyirdik. Təbii ki, torpaqlarımız əsgərlərimizin canı, qanı bahasına alındı. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm”, – o vurğulayıb.
Keçmiş məcburi köçkünün sözlərinə görə, doğma yurdunu tərk etdikdən sonra müvəqqəti olaraq Bakının Yasamal rayonunda yaşamasına və oradakı şəraitinin yaxşı olmasına baxmayaraq, “Laçının, vətəninin yerini heç nə verməz”. (Report)