18.10.2024, 16:21
AZ EN
29.01.2024, 12:16 286

Suqovuşanda işləyən usta: Buradakı seçki məntəqəsində səs verəcəyik

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsində Suqovuşan uğrunda döyüşlərdə iştirak etmişəm. Bu gün isə burada aparılan tikinti-quruculuq işlərində çalışıram. Buna görə böyük qürur hissi keçirirəm.

Bunu Suqovuşan qəsəbəsindəki yaşayış məhəlləsinin tikintisində çalışan Baxşeyiş Mamedov deyib.

“44 günlük Vətən müharibəsində Ordumuz şücaət göstərərək, Suqovuşanı işğaldan azad etdi. Bu gün çox sevinirəm ki, 30 il əvvəl uğrunda döyüşdüyüm ərazidəyəm, Suqovuşanın tikintisində iştirak edirəm. Həm də ona görə sevinirik ki, tezliklə keçiriləcək prezident seçkilərində iş yoldaşlarımla birlikdə Suqovuşan qəsəbəsindəki seçki məntəqəsində səs verəcəyik”, – deyə o bildirib.

Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 26 seçki məntəqəsi yaradılıb. (AZƏRTAC)

Oxşar xəbərlər