23.11.2024, 00:27
AZ EN
26.01.2024, 15:32 264

Zəngilanda ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilib

XƏBƏRLƏR
  • Zəngilan şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib.

İclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 və 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak ediblər.

İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumlar tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında bərpa-quruculuq, layihələrin icrası zamanı ekoloji dayanıqlığın təmin olunması, Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində Cəbrayıl rayonunda meşəçilik sahəsində görülmüş işlər, Zəngilan və Cəbrayıl rayonlarında aparılan içməli və tullantı su sistemlərinin yenidən qurulması işləri, Cəbrayıl rayonunda kəhrizlərin bərpası və su ehtiyatlarının idarə olunmasında onlardan istifadə perspektivləri, yol-infrastruktur layihələrininin icrası zamanı ətraf mühitə minimum təsirə nail olunması, yol tikintisi işlərində tələb olunan xammal təminatı, faydalı qazıntı yataqlarından səmərəli istifadənin təşkili, işğaldan azad edilmiş ərazilərdə ekoloji qiymətləndirmə və yaşıllaşdırma layihələri üzrə aparılan minatəmizləmə fəaliyyəti, bərk məişət tullantılarının idarə olunması və Şərqi Zəngəzur iqtisadi rayonununda icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilib. (APA)

Oxşar xəbərlər