20.10.2024, 03:45
AZ EN
14.07.2022, 12:10 442

Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi şəhid ailəsinə baş çəkib

XƏBƏRLƏR
  • Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi 44 günlük Vətən müharibəsinin şəhidi İmamalı Cəlil oğlu Hüseynovun ailəsini ziyarət edib.

İdarədən bildirilib ki, görüşdə İmamalı haqqında xatirələr yada salınıb, Vətəninə, torpağına həmişə bağlı gənc olduğu söylənilib. Şəhidin döyüş yolu haqqında ətraflı söhbətlər aparılıb.

İmamalı Hüseynov 2012-2014-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə Dövlət Sərhəd Xidmətinin sıralarında "gizir" hərbi rütbəsində xidmət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan İmamalı Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İmamalı Hüseynov oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. Mehdiabad qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən İmamalı Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. (AZƏRTAC)

Oxşar xəbərlər