08.09.2024, 05:35
AZ EN
26.01.2024, 10:07 206

18 yaşlı qəhrəman

XƏBƏRLƏR
  • Adını Zəfər tariximizə qızıl hərflərlə qanıyla yazan qəhrəman oğullarımızdan biri də şəhid Qoşqar Müşfiq oğlu Üzeyirovdur.

O, 2001-ci il yanvarın 26-da Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub. Atası Üzeyirov Müşfiq Birinci Qarabağ müharibəsi veteranıdır. Qoşqar orta təhsilini Qəbələ rayonu Soltannuxa kənd məktəbində alıb. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Ordusunun əsgəri olan Qoşqar Üzeyirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli, Ağdam və Xocavənd istiqamətlərində gedən döyüşlərdə mərdlikə savaşıb.

Qoşqar Üzeyirov noyabrın 7-də Xocəvənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz doğma Qəbələ rayonundakı Soltannuxa kənd məzarlığında böyük bir izdihamla dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Qoşqar Üzeyirov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.

Qoşqar Üzeyirovun atası və əmiləri də Birinci Qarabağ Müharibəsinin iştirakçıları olublar. Onlar bu gün gənc qəhrəman övladları ilə qürur duyurlar. Çünki uğrunda vuruşduqları, illərlə həsrətində olduqları doğma torpaqlarımız məhz Qoşqar kimi igidlərin sayəsində düşməndən azad edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Qoşqar balamız!

Mina RƏŞİD  

Oxşar xəbərlər