19.12.2024, 22:39
AZ EN
25.01.2024, 11:59 303

Professordan doğma yurduna qayıdanlara kitab hədiyyəsi

XƏBƏRLƏR
  • Biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şəqri Zəngəzur və Qarabağ icmaları yaddaşından)” adlanan yeni kitabı işıq üzü görüb.

Kitabda xalq təbabətində istifadə olunan bir sıra bitkilərin fotoşəkilləri verilmiş, onların 150-dən çox müalicəvi əhəmiyyətləri, istifadə üsulları göstərilmişdir. 

Qeyd edək ki, kitab tibb elmi üçün faydalı olmaqla yanaşı, elmi əsaslara söykənən tövsiyələrlə zəngindir.

Müəllif kitabın 30 il doğma torpaqlarından məcburən ayrı düşmüş, indi öz yurdlarına qayıdan soydaşlarımıza da hədiyyə ediləcəyini bildirib.

Mina RƏŞİD

Oxşar xəbərlər