22.11.2024, 02:28
AZ EN
21.01.2024, 15:17 252

Erməni Milli Komitəsi İsrailin Azərbaycandakı səfirini tənqid edir

XƏBƏRLƏR
  • Amerikanın Erməni Milli Komitəsi (ANCA) İsrailin Azərbaycandakı səfiri Corc Diki tənqid edir.

Buna səbəb səfirin Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etməsidir.

ANCA üzvləri İsrail səfirinin guya “erməni kökləri” olduğunu iddia edərək, onu İsrailin “antierməni qərarlarına” sadiqliyinə görə də qınayırlar. Bu çox gülüncdür. Bəs İsrail səfiri hansı ölkənin maraqlarını qorumalıdır?

Qeyd edək ki, Şəhidlər Xiyabanını təkcə Corc Dik deyil, bir çox xarici ölkə səfirləri və diplomatlar da ziyarət edib.

Corc Dik X səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib:

“Yanvarın 20-də Azərbaycanda təcavüzkarların zorakılığı nəticəsində faciəvi şəkildə həlak olmuş 147 günahsız insanın xatirəsi yad edilir. Buna baxmayaraq, Azərbaycan xalqı azadlıq mübarizəsini davam etdirdi. İsrail xalqı bu gündə və hər gün Azərbaycan xalqı ilə bir yerdədir”, - deyə səfir bildirib. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR