Nahid Vətən müharibəsinə könüllü şəkildə qoşulub və Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə göstərdiyi şücaətlərlə yadda qalıb. İgid əsgər Xocavəndin Düdüklü kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında böyük ehtiram və izdihamla dəfn olunub.
Nahid Teymurzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Tahirə AĞAMİRZƏ