26.11.2024, 18:53
AZ EN
18.01.2024, 07:32 287

Elnur Məmmədov: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

XƏBƏRLƏR
  • Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur. Oradan ayrılanda 12-13 yaşım olardı və çox ağrılı-acılı günləri yaşamışıq. Allaha şükürlər olsun ki, çətin günlər geridə qaldı.

Bu sözləri Füzuliyə qayıdan keçmiş məcburi köçkün Elnur Məmmədov söyləyib.

Ailəsi ilə birlikdə Füzuliyə qayıtdığını vurğulayan keçmiş məcburi köçkün Xəzər rayonu Binə qəsəbəsində məskunlaşdıqlarını bildirib.

Füzulidəki xatirələrini unutmadığını, doğma yerləri görmək üçün səbirsizləndiyini deyən E. Məmmədov sevincini sözlə ifadə edə bilmədiyini söyləyib. (AZƏRTAC)

Oxşar xəbərlər