25.04.2025, 06:49
AZ EN
29.08.2022, 17:35 533

29 avqust şəhid Sirac Abışovun doğum günüdür

XƏBƏRLƏR
  • Qubadlı işğal ediləndə Siracın cəmi 4 yaşı vardı. Dayısı Həmzə Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Sirac dünyanın gediş-gəlişindən xəbərsiz,  qayğısız-kədərsiz körpəliyin yaşayırdı. O zaman nə anası Azadə xanımın nə də atasının ağlına belə gəlməzdi ki, Sirac da böyüyüb dayısının ucaldığı şəhidlik zirvəsində əbədi məskən salacaq...

Siracın uşaqlığı məcburi köçkünlüyün ən ağır vaxtlarına təsadüf etmişdi. Yataqxana həyatı, yurdu-yuvası talan olan insanların qəmli baxışları, ağır həyatı Siracın tər-təmiz uşaqlıq yaddaşına bəlkə də, ilk yazılanlar idi....

Laçın, Qubadlı, Kəlbəcərdən...paylaşdığı şəkillərdə çöhrəsində bir uşaq məsumluğu, sevinci vardı. İlahi, necə sevinirdi, elə bil dil açıb danışacaqdı sevincdən parlayan gözləri. Şəhid dayısının məzarını, darmadağın edilmiş evlərini tapanda, hər daşı, torpağı, evlərinin uçulub dağıdılan yerindən bitən kolları kədər qarışıq sevinc hissilə lentə alırdı...

Sirac Abış oğlu Abışov 1989-cu il avqustun 29-da Qubadlı rayonunun Dondarlı kəndində dünyaya göz açmışdır. 1996-cı ildə Çingiz Mustafayev adına Sumqayıt şəhər 40 saylı tam orta məktəbə getmiş, 2007-ci ildə həmin məktəbin məzunu olmuşdur. Elə həmin ildə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikmuna daxil olmuş, 2009-cu ildə “Gömrük ekspertiziyası” ixtisası üzrə tam kursunu bitirmişdir. Lakin media sahəsinə olan marağı daha böyük olduğuna görə 2010-cu ildən etibarən Azərbaycan Dövlər Televiziyasında əmək fəaliyyətinə başlamışdır.

Vətən müharibəsi zəfərindən sonra, noyabr ayından etibarən işğaldan azad olunmuş rayonlarda, yaradılmış “Xüsusi Çəkiliş Qrupu”nun tərkibində yer almış, ordumuzun nəzarətində olan  Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Xocalı və Xocavənd rayonlarının bütün ərazilərində dövlət əhəmiyyətli çəkilişlər etmişdir. Növbəti çəkiliş isə Azərbaycanın dilbər guşəsi olan Kəlbəcər rayonunda idi. Bir neçə gün Kəlbəcərdə işləyən çəkiliş qrupunun növbəti çəkilişi Susuzluq kəndindən başlayacaqdı. Amma kənd ərazisinə daxil olarkən heyəti aparan “Kamaz” markalı nəqliyyat vasitəsi, mənfur düşmənlərin tank əleyhinə basdırdığı minaya düşüb. Həmin hadisə nəticəsində hadisə yerində düşmənin basdırdığı tank əleyhinə minanın  partlaması nəticəsində şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan Prespublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin  2021-ci il 24 iyun tarixli sərəncamı ilə Sirac Abışov 3-cü dərəcəli  “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Ailəli idi, Özgür adında bir oğlu əmanət qalıb.

Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.

Qeyd edək ki, şəhid operator Sirac Abışovun xatirəsini əbədiləşdirmək üçün Az-TV “Sirac Abışov adına” mükafat təsis edib. İlk mükafat isə məsuliyyətinə və yaradıcı fəaliyyətinə görə şəhidimizin qardaşı Şirzad Səmədova təqdim edilib. Mükafatlandırma mərasimində Siracın atası və anası da iştirak edib.

AzTV-nin digər əməkdaşları Aqşin Rzayev, Sehrac İmamquliyev, Samir Şirinov və Elbrus Musayev “Sirac Abışov adına” mükafata layiq görülüblər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər