Bunu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəsmisi İlqar Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, Həkəri çayı tam olaraq ölkəmizdə formalaşır: "Axımın əsas hissəsi bulaq sularıdır. Çox keyfiyyətli və təmizdir. Respublikamızda yaxın gələcək üçün proqnozlaşdırılan su qıtlığı ərəfəsində əsasən işğaldan azad olunmuş rayonlar və ölkəmizin 14 rayonunun 3 milyon əhalisini içməli su ilə təmin edəcək. Bu rayonlardan ən uzağı isə Masallı rayonu olacaq". (Report)