22.11.2024, 06:41
AZ EN
27.12.2023, 14:04 198

Cəbrayıl sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar görüş-qəbulunu 6 saylı Cəbrayıl qəsəbəsində cəbrayıllı sakinlərlə keçirib. Səyyar qəbulda icra başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Görüşdə RİH başçısı çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açıb. Bildirilib ki, məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Gələn ildən artıq Cəbrayıl şəhərinə də vətəndaşların köçürülməsinə başlanılacaq.
Səyyar qəbulda sakinlər rayona qayıdış, onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndiriblər. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.
Qəsəbə sakinləri son illər işğaldan azad olunmuş ərazilərdə görülən işlərə, şəhid ailələrinə, qazilərə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR