Bu sözləri bu gün Qırmızı bazar qəsəbəsinə köç edən keçmiş məcburi köçkün Ayşən Cəfərova deyib.
O, həmçinin doğma yurda qayıtmasında əməyi olanlara da minnətdarlıq edib: “Böyük Qayıdış” prosesində iştirak edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”. (AZƏRTAC)