“Təmiz Şəhər” ASC işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarəedilməsi üzrə müvafiq infrastrukturun yaradılması məqsədi ilə xüsusi təyinatlı texnikaların satınalınması” tenderinin nəticələrini elan edib.
"Vətən səsi" xəbər verir ki, tenderin qalibi “Hayat Motors” MMC olub. "Təmiz Şəhər" tenderin şərtlərinə uyğun xidmətlərin göstərilməsi üçün “Hayat Motors”a 3 milyon 738 min 889 manat ödəniləcək. Bu qiymətə hər birindən 4 ədəd olmaqla tırtıllı buldozer, 16 ton və preslə işləyən 14 m3 tullantı daşıyan xüsusi texnika, hər birindən 3 ədəd olmaqla preslə işləyən 22 m3 tullantı daşıyan xüsusi texnika, özüboşaldan 20m3 m xüsüsi texnika bort hissəsi kiçik və yükləyici (bakalader), hər birindən 2 ədəd olmaqla skip trak və tırtıllı ekskavator və 1 ədəd pick-up tipli xidməti avtomobil daxildir.
Qeyd edək ki, “Hayat Motors” MMC 2014-cü ildə yaradılıb.
Elxan SALAHOV