Azərbaycan Ordusunun əsgəri olan Tural Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılıb. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.
Tural Əsədov noyabrın 9-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz dogma Beyləqanda Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Tural Əsədov ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi, onun iki övladı Vətənə əmanət qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD