Bu sözləri jurnalistlərə açıqlamasında Laçından olan keçmiş məcburi köçkün Nazir Nəcəfov deyib.
“Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimiz, dövlətimiz var olsun. Hər birimiz doğma yurdumuza sevinə-sevinə qayıdırıq. Halbuki Laçını ağlaya-ağlaya tərk etmişdik”.
“Böyük sevinc içindəyik. Doğma yurduna qayıtmaq hər bir insan üçün xoşdur. Arzu edirəm ki, bütün insanlar öz yurdlarına geri qayıtsınlar”, - keçmiş məcburi köçkün vurğulayıb. (Report)