Tədbirdə millət vəkilləri, özəl şirkət rəhbərləri, bir sıra ictimaiyyət və media nümayəndələri iştirak edib.
Çıxış edən "Qarabağa dönüş" təşkilatının rəhbəri, millət vəkili Tural Gəncəliyev şirkət rəhbərlərini qazi və müharibə iştirakçılarının məşğulluq məsələlərinin həllinə çalışmalarının önəmli olduğunu qeyd edib. O bildirib ki, qazi və müharibə iştirakçılarının işlə təmin olunması məsələsi və eyni zamanda, onların fərdi inkişafı prioritet məsələlərdəndir.
Daha sonra qazi və müharibə iştirakçılarının mükafatlandırılması baş tutub.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində 25 qazi və müharibə iştirakçısı BP-Azərbaycan və Ekvita şirkətlərinin maliyyə dəstəyi ilə Kulane Peşə Təhsil Mərkəzində kurslara cəlb olunub və 6 ay ərzində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM), həmçinin yükqaldırma üzrə mütəxəssis peşələrinin sirlərini öyrəniblər. Bundan başqa, onlara ingilis dili, psixologiya, etik davranış qaydaları da tədris olunub. (APA)