17.12.2024, 20:41
AZ EN
17.12.2024, 12:40 180

COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun növbəti təzahürü idi

XƏBƏRLƏR
  • “İşğaldan azad olunmuş ərazilərimizdə sürətli quruculuq işlərinin davam etdirilməsi, Böyük Qayıdış prosesinin intensivləşməsi ilə yanaşı, paytaxt Bakının müstəqillik tariximizin ən böyük, qlobal miqyaslı tədbirinə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi dövlətimizin artan nüfuzunun və lider mövqeyinin göstəricisi olub”.

Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Media Savadlılığı” konfransında çıxışı zamanı deyib.
Ə.İsmayılov vurğulayıb ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun günü-gündən artmasının, regional və qlobal layihələrin həyata keçirilməsində öz üzərinə yeni rol və məsuliyyət götürməsinin növbəti təzahürü idi.
“Ümumiyyətlə, son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkili nəticəsində COP29 ərəfəsində və dövründə ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunmuşdur.

İctimaiyyətdə daxili və xarici neqativ informasiya axınına qarşı dayanıqlı təbii müqavimətin yaradılması, dezinformasiya təhdidlərinin neytrallaşdırılması təmin edilib”,- deyə o bildirib.

Günel QULİYEVA

Oxşar xəbərlər