Bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Rasim Həsənov, 31 yaşında öz doğma el-obasından didərgin düşmüşdü. O, 30 il köçkün həyatı yaşayıb. "Sumqayıtda, 15-ci məhəllədə yaşayırdım. Bu gün isə doğma Füzulimə qayıdıram. Sumqayıtda riyaziyyat müəllimi işləmişəm. Ən böyük arzum idi öz elimdə yaşayıb-yaratmaq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, Ordumuzun sayəsində bu gün arzularıma qovuşuram. Pedaqoji fəaliyyətimi Füzulidə davam etdirmək istəyirəm. Məşğulluqla bağlı problemimizin həll olunacağını, Füzulidə işlə təmin olunacağımı deyiblər. Çox sevincliyəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”,-deyə o bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ