20.09.2024, 00:05
AZ EN
07.12.2023, 14:16 267

ANAMA mina hadisələri ilə bağlı çağırış edib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi baş verən mina hadisələri ilə bağlı bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə və məsuliyyətli davranmağa çağırır.

Bu barədə ANAMA-nın məlumatında deyilir.

"Nərəzə alın ki:
• Müharibə bitsə də işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsi davam etməkdədir.
• Minalanmış ərazilərdə hər bir yanlış addım həyat və sağlamlığınız üçün ciddi fəsadlar törədə bilər.
• Təyin edilmiş yerlərdən, yollardan və cığırlardan kənara çıxmayın!
• Naməlum və şübhəli əşyalara toxunmayın!
• Təhlükəsizliyinə əmin olmadığınız ərazilərə daxil olmayın!
• Atılıb qalmış hərbi sursatlar, texnikalar, səngərlər olan sahələrə, dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə yaxınlaşmayın!
• Verilən təlimatlara ciddi şəkildə riayət etməyiniz həyat və sağlamlığınız üçün vacibdir", ANAMA-dan bildirilib. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR