Bu sözləri doğma yurduna qayıdan Füzuli sakini Xatın Şirinova söyləyib.
O, 1992-ci ildə məcburi köçkün düşdüyünü xatırladıb: “Füzuliyə yoldaşımla birlikdə qayıdırıq, uşaqlarım isə avqust ayında gediblər. 64 yaşımda doğulub boya-başa çatdığım yerlərə qayıtdığım üçün çox sevinirəm".
Xatın Şirinova onlara yaradılan şəraitə görə, dövlətimizin başçısına minnətdarlığını bildirib. Torpaqlarımızın işğaldan azad edilməsində əməyi olan hər kəsə təşəkkür edib, şəhidlərə rəhmət diləyib. (AZƏRTAC)