19.10.2024, 18:22
AZ EN
10.04.2022, 13:20 458

İslam Abbasov: "Prezident əlimi sıxıb dedi ki, Qubadlıda mənə söz vermişdin"

XƏBƏRLƏR

"Cənab Prezident Avropa çempionatı haqqında ətraflı məlumat verdikdən sonra hamı ilə tək-tək görüşdü. Mənə çatıb salam verəndə əlimi möhkəm sıxdı. Dedi ki, yadımdadır, Qubadlıda mənə söz vermişdin, səni təbrik edirəm".  Bu yaxınlarda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş yunan-Roma güləşi üzrə Avropa çempionatının 87 kq çəki dərəcəsində bürünc medalçısı İslam Abbasov Prezident İlham Əliyevlə görüş barədə danışarkən deyib.

O, ölkə rəhbərinin bütün idmançıları diqqətdə saxladığını bildirib: "Mən də öz növbəmdə soruşdum ki, yadınızda qalmışam. Cavab verdi ki, elə şey olar, çıxışlarını izləyirəm. Prezidentlə Qubadlıda görüşəndə söz vermişdim ki, yarışlarda qazandığım uğurları Sizə həsr edəcəyəm".

Prezident İlham Əliyevin güləşçiləri qəbul etməsinin onlar üçün böyük stimul olduunu vurulayan idmançı deyib: "Yarışlarımızı izləyir, bizə dəyər verir. Son Avropa çempionatındakı erməni təxribatı haqqında danışdı. Gələcək yarışlarda da qələbə qazanmalıyıq ki, cənab Prezidenti, xalqımızı sevindirək. Görüş zamanı bildirdi ki, güləş bizim dədə-baba idmanımızdır. Gənclər və İdman Nazirliyinə, həmçinin Azərbaycan Güləş Federasiyasına tapşırıq verdi ki, bu idman növünə xüsusi diqqət yetirin". ("Report")

Oxşar xəbərlər