Natiq 5 gün ərzində Alban kilsəsində təkbaşına mübarizə apararaq Azərbaycan bayrağını düşməndən qorumuş və onun bu cəsarəti Moskva nəşri olan “Oqonyok” jurnalında əksini tapmışdır.
Müəllif igid Vətən oğlunun hünərini poetik dillə ifadə etməklə, oxuculara həm missiya, həm də vətənpərvərlik hissini ötürməyi bacarıb. Ayaz Arabaçı Natiqin qəhrəman obrazını vətən şüuru ilə birləşdirərək müasir poeziyamıza yeni nəfəs gətirib.
Ruhu ləkələnməz qəlbi təmizin,
Çatsın qulağına hər qitəmizin.
Gözü aydın olsun xəritəmizin –
Bitdi, ey, Qarabağ töhməti bitdi.
Kitabın təqdimat mərasimində də qeyd edilib ki, böyüklüyü vətən sevgisi ilə ölçülən şeirlər Azərbaycan ədəbiyyatına layiqli töhfədir.
Hazırladı: Mina RƏŞİD