23.11.2024, 01:03
AZ EN
20.09.2022, 15:20 385

Ölkəmizdə aparılan ordu quruculuğu siyasəti öz müsbət nəticələrini verir

XƏBƏRLƏR
  • Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu öz missiyasını şərəf və ləyaqətlə yerinə yetirdi. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyan, tarixi ədalətin bərpası ilə yekunlaşan, qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi həm də ölkəmizin hərbi qüdrətinin, Azərbaycan Ordusunun əzmkarlığının, işğalla barışmamasının təsdiqi oldu.

Bu sözləri Aprel döyüşlərinin iştirakçısı, qazi Üzeyir Nəcəfov söyləyib.

O bildirib k, ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Hazırda güc amili öz aktuallığını qoruyub saxlayır. Prezident İlham Əliyevin cari il iyunun 27-də Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında dediyi kimi, “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Son erməni təxribatı bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır.

Bəllidir ki, ölkəmiz bölgədə sülhün və əməkdaşlığın mənbəyi olduğu halda, Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid və təhlükə yaradır. Çünki, Ermənistanın təxribatları regionda yeni münaqişə və terror aktları ehtimalını artırır. Regionda sülhün bərqərar olması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artmasına xidmət edir. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər. Azərbaycanın beynəlxalq iqtisadi təşəbbüsləri bütün regionun geostrateji əhəmiyyətini artırır. Sentyabrın 13-də baş vermiş təxribat tək Azərbaycanın yox, ümumiyyətlə bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını almağa hesablanıb.

Üzeyir Nəcəfov deyib: “Yanaşmaların fərqliliyi bir daha Azərbaycanın üstünlüyünü, habelə ölkəmizin beynəlxalq hüquq və normalarına sadiqliyini təsbit edir. Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə, beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir. Son hadisələr, xüsusilə “Qisas” əməliyyatı və 13 sentyabr təxribatlarına layiqli cavab verilməsi ordumuzun gücünü, döyüş əzmini bir daha sübut etdi”. (AZƏRTAC)

Oxşar xəbərlər