22.11.2024, 01:23
AZ EN
29.08.2022, 10:52 360

Zabux sakini: Həsrətini çəkdiyim torpaqalara qayıdacağım günü böyük səbirsizliklə gözləyirəm

XƏBƏRLƏR
  • Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi xəbərini ailəlikcə sevinc hissi ilə qarşıladıq.

Bunu Laçın rayonunun Zabux kəndindən olan keçmiş məcburi köçkün Məhər Quliyev deyib.

Onun sözlərinə görə, bu xəbər bizim 30 illik torpaq, vətən, yurd həsrətimizə son qoydu.

"Mən bir Zabuxlu olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdaram. Zabuxun ermənilərdən təmizləndiyini eşidəndə 30 ildir ki, həsrətini çəkdiyim torpaqalara qayıdacağım günü böyük səbirsizliklə gözləyirəm. Sağ olsun, Prezident İlham Əliyev və Azərbaycan Ordusu bizi öz doğma torpağımıza qovuşdurdu", - deyə Məhər Quliyev bildirib. (Trend)

Oxşar xəbərlər