22.11.2024, 02:33
AZ EN
08.08.2024, 19:15 233

Azad edilmiş ərazilərdə əhalinin yırtıcı heyvan və həşəratlar barədə maarifləndirmə işləri aparılır

XƏBƏRLƏR
  • “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi “Azad olmuş ərazilərdə yırtıcı və zəhərli heyvanlardan qorunma” adlı layihə çərçivəsində həmin ərazilərdə əhali arasında yırtıcı heyvan və həşəratlar barədə maarifləndirmə işlərinin icrasını davam etdirir.

Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, layihənin məqsədi işğaldan azad edilmiş ərazilərdə doğma yurdlarına qayıtmış yerli sakinləri, quruculuq sahəsində çalışan insanları ərazinin heyvanat aləmi, o cümlədən yırtıcı və zəhərli heyvan növləri barədə məlumatlandırmaq, bu təhlükəli heyvanlardan qorunma tədbirləri ilə bağlı təlimatlandırmaqdır.

Bildirilib ki, 2024-cü il iyulun 27-28-də Laçın şəhərində 100 nəfərə yaxın yerli sakin və yol-tikinti işçiləri ilə görüşlər keçirilib, onlara yırtıcı məməlilərə və quşlara, zəhərli ilanlara, əqrəb və həşəratlara həsr olunmuş bukletlər paylanıb, suallar cavablandırılıb.

Qeyd edilib ki, bundan əvvəl anoloji görüşlər Füzulidə də keçirilib. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR