19.10.2024, 23:24
AZ EN
23.12.2023, 13:42 196

Flora Xəlilzadə: Ən böyük arzum ata yurduma, ana laylası eşitdiyim kəndə qayıtmaqdır

XƏBƏRLƏR
  • Mən Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində doğulmuşam. Gözümüzü açandan ermənilər bizə düşmənçilik edirdilər. Böyüdükcə onların əsl sifətini gördüm. Öyrəndim ki, mənim hər iki babamı ermənilər qətlə yetiriblər. Bunu bizə deməyiblər ki, ermənilərə kinli böyüməyək.

Bu sözləri jurnalistlərə müsahibəsində "Şöhrət” ordenli Əməkdar jurnalist, yazıçı və publisist, Prezidentin fərdi təqaüdçüsü Flora Xəlilzadə söyləyib.

O bildirib ki, deportasiyanın ən ağır illərində ermənilər anasını öz yaxınları ilə birlikdə Naxçıvan tərəfə qovublar. Onlar xilas olsalar da, mənəvi zərbə alıblar.

Flora Xəlilzadə ən böyük arzusunun ata yurduna, ana laylası eşitdiyi kəndə qayıtmaq olduğunu vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər