- Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın şanlı qələbəsi ilə doğma torpaqlarımız azad edilib. Bu gün həmin ərazilərdə sürətli bərpa-quruculuq işləri aparılaraq soydaşlarımızın öz doğma torpaqlarına intensiv qayıdışı ilə də, insan hüquq və azadlıqlarının ölkəmizin bütün ərazisində tam və mütəmadi həyata keçirilməsi təmin olunmaqdadır.
Bunu Ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
"Ədliyyə Nazirliyi tərəfindən də həmin ərazilərə qayıdan əhalinin hüquqlarının qorunması diqqətdə saxlanılaraq onlara səyyar qaydada müxtəlif ədliyyə xidmətləri göstərilir", nazir müavini bildirib. (APA)