13.11.2024, 11:31
AZ EN
24.11.2023, 15:38 320

Soltanlı kəndinin sakini: Evlərimizin tikilməsinə başlandığı üçün çox xoşbəxtik

XƏBƏRLƏR
  • Soltanlı kəndində anadan olmuşam. 1993-cü ildə kənddən çıxanda evdən heç nə götürmədik. Ancaq bir dəfə girib baxdım həyətimizə, fikirləşdim ki, nə vaxtsa geri qayıdacağıq. Həqiqətən də 30 ildir biz o ümidlə yaşayırdıq ki, elə bir gün olacaq biz Soltanıya qayıdacağıq. Həmin gün gəldi. Bu gün biz Soltanlıdayıq və burada kəndin təməlqoyma mərasimi keçirilir. Yəni, artıq evlərimizin tikilməsinə start verilir. Biz çox xoşbəxtik ki, bu anları görürük və yaşayırıq.

Bu sözləri Soltanlı kənd sakini Məhburə Əliyeva deyib.

“Yəni bu hissləri sözlə təsəvvür etmək demək mümkün deyil. Ona görə də hazırda bu hissləri bizə yaşatdığına görə Prezident, Ali Baş Komandanımız İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Evimizə köçəndə çox xoşbəxt olacağam. Mən özümü dünyada ən xoşbəxt insan hesab edirəm”, - deyə Məhburə Əliyeva bildirib.

Qeyd edək ki, noyabrın 24-də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi keçirilib. (AZƏRTAC)

Oxşar xəbərlər