29.03.2024, 12:37
AZ EN
16.06.2022, 09:25 943

Bayrağımızı ürəyinin üstündə saxlayırmış

XƏBƏRLƏR
  • Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazandı Şəhidlər. Məhz onların canı-qanı hesabına qazanılan azadlıq və müstəqillik xalqımız tərəfindən heç vaxt unudulmur. Düşmən qarşısında inamla dayanıb vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid oğullarımızdan biri də Elçin Həsənlidir.

Elçin Vaqif oğlu Həsənli 1993-cü il iyunun 16-da Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 1999-cu ildə Suraxanı  rayonunudakı  290 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. 2010- cu ildə Akif Abdullayev adına 211 saylı Nəsimi rayon tam orta məktəbində təhsilini bitirib. 2014-cü ildə Azərbaycan Texniki Universitetin Eloktrotexnika və Energetika fakültəsinə  qəbul olub və oranı fərqlənmə diplomu ilə bitirib. Sonra əsgəri xidmətdə olub. Elmə çox meyilli olan Elçin 2017-ci ildə İtaliyanın Roma şəhərində İNİNETTİNO Universitetində “Bərpaolunan enerji qaynaqları” üzrə kursda iştirak edib və sertifikat alıb. 2018-ci ildə Şirvan ASC-nin mühəndisi, Sabirabadda ASAN Xidmətin əməkdaşı olub. Elçin Həsənli Şirvan şəhərində fəaliyyət göstərirdi. Subay idi.

Atası Vaqif Həsənov deyir ki, Elçin qeyri-adi uşaq olub. O, universitetdə oxuduğu illərdə tələbələr, müəllimlər arasında, yoldaşları arasında böyük hörmət qazanmışdı. Əsgərlikdə xidmət etdiyi müddətdə də seçilib, dövlətə, rəhbərə bağlı bir gənc olub. Onun nəticəsidir ki, məhz İkinci Qarabağ müharibəsində iştirak etdi və şəhidlik zirvəsinə ucaldı.

Elçin Həsənli Vətən müharibəsinin əvvəlindən Füzuli, Cəbrayıl, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü vuruşub. Qanlı döyüşlər zamanı düşmən kəşfiyyatçıları ilə üz-üzə gəldikləri zaman soyuqqanlı davranaraq onları məhv edib 6 döyüş yoldaşının həyatını xilas edib.

Noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan igidimiz Azərbaycanı bayrağını ürəyinin üstündə saxlayırmış.

Ölümündən sonra“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

TAHİRƏ

Oxşar xəbərlər