23.12.2024, 00:02
AZ EN
28.10.2023, 08:00 224

Füzuli Quliyev: Ağalıdan ayrılanda ağrılı-acılı, çətin günlər yaşadıq

XƏBƏRLƏR
  • Çox gözəl arzularla, istəklərlə işğaldan azad olunmuş yurdumuza 30 ildən sonra qayıdırıq. Bu, bizim üçün böyük sevincdir. Allahın verdiyi ömrü bundan sonra doğulub boya-başa çatdığımız yerlərdə yaşayacağıq. Oranı yenidən dirçəltmək istəyirik.

Bu sözləri doğma yurduna qayıdan Ağalı sakini Füzuli Quliyev söyləyib.

Zəngilandan 24 yaşında məcburi köçkün düşdüyünü bildirən Füzuli Quliyev deyib: "Ağalıdan ayrılanda ağrılı-acılı, çətin günlər yaşadıq. Bu gün isə təhlükəsiz şəkildə öz yurdumuza qayıdırıq". (AZƏRTAC)

Oxşar xəbərlər