Elə bu yöndə də təsərrüfatını genişləndirməyə çalışan laçınlı arıçı Pərvin Mehdiyev ilkin mərhələdə yerli satış-sərgi yarmarkalarına qatılmaq qərarına gəlib. O, deyir ki, bu il məhsuldarlıq gözləniləndən aşağı olub. Amma yarmarka da özü bir təcrübədir. 3 il əvvəl Kəlbəcərdə ilk arı yeşiklərini yerləşdirən Pərvin tezliklə öz doğma kəndindən də məhsul götürəcəyinə inanırdı və çox keçmir ki, 33 yaşlı arıcı babasının Kamalı kəndindəki uçulmuş da olsa, evinin işığını yandırır və elə həmin həyətdə də arı yeşiklərini yerləşdirir. O, deyir ki çiçək tozudu, arı ayağında gətirir. şanlara vurur. Biz adətən birinci mərtəbənin süzmürük və sonra əlavə edir ki, qarşıda gördüyünüz İşıqlı dağdı. Olduğumuz hündürlük 1900 metrə yaxındır. Çox gözəl təbiəti var, çox zəngin dağ-çəmən çiçək nekdarları ilə zəngindir.
Pərvin deyir ki, 2 yaşım tamam olmamış Laçından çıxmışam: “Laçında qonşu kənddə bir xəstəxana olub. Həmin xəstəxanada dünyaya gəlmişəm. Getdim oranı da ziyarət elədim. O da sözlə ifadə olunmaz bir hissdir mənim üçün. Qərara gəldik ki, orda məskunlaşaq, babamın evinin üzərini örtdüt,təxminən 2 ay yarım orda yaşadıq”.
Yapon Ciu-citsusu üzrə beş qat ölkə çempionu, dünya ikincisi, 2-ci Dan qara kəmər ustası Pərvin Mehdiyev bu sahəyə gəlməzdən əvvəldən də arı məhsulları ilə qidalandını, hətta tələbələrinin də təbii qidalara üstünlük vermələrini təlqin edir. Arı və onun bütün növ məhsullarının faydaları haqqında mütaliəsi isə müstərilərə fərdi yanaşmasına indivüdal yanaşma və doğru seçim etməyə imkan yaradır:
“Qaratikan balı əsasən böyrək xəstəliklərinin müalicəsində istifadə olunur. Onu da qeyd edim ki, balları da təyinatı üzrə istifadə etmək lazımdır. Çökə balı bronxial-astma, yuxarı nəfəs yollarında, vərəm xəstəliklərinin müalicəsində istifadə olunur. Şabalıd balı xərçəng xəstəliyinin profilaktikasında istifadə olur. Yaylaq balı, dağ-çəmən balı da bütün növ xəstəliklərin müalicə və profilaktikasında istifadə olunmasında yararlıdır. Çünki onun təbii tərkibi zəngindir”.
Pərvin təəssüflə qeyd edir ki, Azərbaycan arıçısının arı və bal haqqında bilikləri kasaddır. Hətta bəzi yalnız steorotiplərin formalaşdığını da bildirir: “Bal xarlayıbsa, bu o demək deyil ki. o təmiz bal deyil. Bal bir neçə səbəbdən xarlaya bilir. Ümumiyyətlə, balın xarlamasına səbəb soyuq havadır, soyuq şəraitdə saxlanmasıdır. Çəmən tərkibli ballar soyuqda tez xarlayır. Bir də əgər böyük bir qabın içərisində az biqdarda xarlı bal olarsa, o bütöv qabda olan balı xarlandırır. Çünki maya rolu oynayır. Bu isə balın təmiz olmamasına dəlalət etmir”.
“Bir gün arı olmasa, insaın 4 il ömrü qalar” - fikri Pərvin Mehdiyev üçün devizə çevrilib.
Hazırladı: Tahirə AĞAMİRZƏ